Gürcüstan neft məhsullarının idxalını 31%-dən çox azaldıb

Gürcüstan neft məhsullarının idxalını 31%-dən çox azaldıb Bu ilin yanvar-avqustunda Gürcüstan 325 milyon ABŞ dolları dəyərində neft və neft məhsulları tədarük edib.
Biznes
21 Sentyabr , 2020 11:29
Gürcüstan neft məhsullarının idxalını 31%-dən çox azaldıb

Bu ilin yanvar-avqustunda Gürcüstan 325 milyon ABŞ dolları dəyərində neft və neft məhsulları tədarük edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Hesabat dövründə neft və neft məhsullarının Gürcüstanın ümumi idxalında payı 6,6% olub. Ötən ilin analoji dövrü ilə müqayisədə qonşu ölkə bu məhsulların idxalını 31,4% azaldıb.

8 ay ərzində Gürcüstanın idxal etdiyi təbii qazın dəyəri isə illik müqayisədə 11,5% azalaraq 179 milyon ABŞ dolları təşkil edib. 

Hesabat dövründə neft və neft məhsulları qonşu ölkənin II, qaz isə V əsas idxal məhsulu olub. 

Son xəbərlər

Orphus sistemi