Gürcüstan məhsullarının Azərbaycana ixracı artıb

Gürcüstan məhsullarının Azərbaycana ixracı artıb Bu ilin yanvar-aprel aylarında Gürcüstandan Azərbaycana 26,4 milyon ABŞ dolları dəyərində yerli istehsal məhsulu ixrac olunub
Biznes
19 May , 2021 11:21
Gürcüstan məhsullarının Azərbaycana ixracı artıb

Bu ilin yanvar-aprel aylarında Gürcüstandan Azərbaycana 26,4 milyon ABŞ dolları dəyərində yerli istehsal məhsulu ixrac olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

İllik müqayisədə həcm 22,5 % artıb. Azərbaycan Gürcüstanın yerli məhsul ixracında 3 % payla qonşu ölkədən ən çox yerli mal idxal edən 10 ölkə arasında VIII yeri tutub.

İlk dörd ayda Gürcüstan xarici ölkələrə ümumilikdə 1 milyon 198,7 min ABŞ dolları dəyərində yerli məhsul ixrac edib ki, bu da ötən ilin eyni göstəricisindən 19,6 % çoxdur. Qonşu ölkənin əsas ixrac məhsulları arasında mis filizləri və konsentratları, ferroərintilər, təzə üzüm şərabı, təbii, mineral və qazlı sular, mineral gübrələr əsas yerləri tutub.

Son xəbərlər

Orphus sistemi