Tbilisidə “Azərbaycan Dəmir Yolları’’ QSC-nin (ADY) sədri Rövşən Rüstəmovla "Gürcüstan Dəmir Yolu" SC-nin (GDY) baş direktoru David Peradze arasında ikitərəfli görüş keçirilib.
"Report" ADY-yə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişaf perspektivləri, xüsusi ilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eləcə də Poti, Batumi və Kulevi limanları istiqamətində daşınma şərtləri və proseslərin optimallaşdırılması müzakirə edilib.
Səfər çərçivəsində həmçinin nümayəndə heyətləri arasında “Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi’’ və "Asiya-Sakit okean ölkələri-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Avropa" beynəlxalq multimodal marşrutlarının inkişafı üzrə birgə fəaliyyət istiqamətlərinin razılaşdırılması ilə bağlı müzakirələr keçirilib.

