Gürcüstan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyalar cüzi artıb

Gürcüstan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyalar cüzi artıb Gürcüstan iqtisadiyyatına ötən ildə 1 267,7 milyon ABŞ dolları məbləğində birbaşa xarici investisiya qoyulub.
Biznes
10 mart 2020 07:27
Gürcüstan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyalar cüzi artıb
google.az

Gürcüstan iqtisadiyyatına ötən ildə 1 267,7 milyon ABŞ dolları məbləğində birbaşa xarici investisiya qoyulub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilir.

Məlumata görə, bu, 2018-ci illə müqayisədə 0,2% çoxdur. 

Hesabat ilində Gürcüstanın ən böyük investor ölkələrinin ilk üçlüyünə Böyük Britaniya (247,8 milyon ABŞ dolları), Türkiyə (236,5 milyon ABŞ dolları) və İrlandiya (132,7 milyon ABŞ dolları) daxil olub.

İnvestiyalar əsasən maliyyə (261,8 milyon ABŞ dolları), energetika (193,9 milyon ABŞ dolları), mehmanxana və restoranlar (157,5 milyon ABŞ dolları), tikinti (118,5 milyon ABŞ dolları), istehsal (102,2 milyon ABŞ dolları), nəqliyyat (71,5 milyon ABŞ dolları), mədən sənayesi (68,7 milyon ABŞ dolları) və rabitə sahələrinə (45,4 milyon ABŞ dolları) yönəldilib.

Son xəbərlər

Orphus sistemi