Bu ilin yanvar-fevral aylarında Gürcüstan dəmir yolları vasitəsilə 1,88 milyon ton yük daşınıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” SC məlumat yayıb.
İllik müqayisədə daşınan yüklərin həcmi 0,31 milyon ton və yaxud 20% artıb.