Gürcüstan Bakıdakı “Caspian Agro” sərgisində ayrıca stendlə təmsil olunur

Gürcüstan Bakıdakı “Caspian Agro” sərgisində ayrıca stendlə təmsil olunur Gürcüstan Bakıda keçirilən 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - “Caspian Agro”da ayrıca stendlə iştirak edir.
Biznes
19 May , 2022 11:34
Gürcüstan Bakıdakı “Caspian Agro” sərgisində ayrıca stendlə təmsil olunur

Gürcüstan Bakıda keçirilən 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - “Caspian Agro”da ayrıca stendlə iştirak edir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, Gürcüstan şirkətləri stenddə müxtəlif məhsullar təqdim ediblər.

Sərginin açılış mərasimində Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin I müavini Giorgi Xanişvili, Acarıstanın kənd təsərrüfatı naziri Giorgi Surmanidze və ölkənin Azərbaycandakı səfiri Zurab Pataradze iştirak edib.

G.Xanişvilinin sözlərinə görə, sərgidə iştirak edən Gürcüstan şirkətləri dövlət proqramları çərçivəsində əhəmiyyətli maliyyələşdirmə əldə ediblər: “Sərgi Gürcüstan məhsullarının istehlak bazarlarının daha da genişlənməsinə imkan verir”.

Z.Pataradze sərgi çərçivəsində vacib işgüzar görüşlərin keçirildiyini bildirib: “Bakıdakı sərgi işgüzar əlaqələrin qurulması, ixracı artırmaq və yeni investisiya layihələrini planlaşdırmağa imkan verir. Keçirilmiş görüşlər Gürcüstan və Azərbaycan arasında ticari-iqtisadi münasibətlərin dərinləşdirilməsinə töhfə verəcək”.

G.Surmanidze öz növbəsində qeyd edib ki, genişmiqyaslı sərgilər sahibkarların məhsullarını təşviq etməyə imkan yaradır: “Azərbaycan artıq uzun illərdir bizim əsas ticarət tərəfdaşlarımızdan biridir. Nazirliklərimiz arasında çox yaxşı münasibətlər var. Sərgi çərçivəsində çox maraqlı görüşlərimiz baş tutdu, bu da gələcəkdə Gürcüstana Azərbaycan bazarında daha fəal təmsil olunmasına imkan verəcək”.

“Caspian Agro” sərgisi hər il 12 000-dən çox ziyarətçi qəbul edir. Builki sərgiyə 24 ölkə, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 450-yə yaxın yerli və beynəlxalq şirkət qaılıb. Sərgi sabah başa çatacaq.

Son xəbərlər

Orphus sistemi