Gürcüstan Azərbaycandan tikinti materiallarının idxalını azaldıb

Gürcüstan Azərbaycandan tikinti materiallarının idxalını azaldıb Bu ilin ilk 7 ayı ərzində Gürcüstan Azərbaycandan 8,7 milyon ABŞ dolları dəyərində 175 min ton sement idxal edib.
Biznes
21 Avqust , 2020 12:08
Gürcüstan Azərbaycandan tikinti materiallarının idxalını azaldıb

Bu ilin ilk 7 ayı ərzində Gürcüstan Azərbaycandan 8,7 milyon ABŞ dolları dəyərində 175 min ton sement idxal edib.

Bu barədə “Report”un Gürcüstan bürosuna ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın qonşu ölkəyə ixrac etdiyi sementin həcmi 24,5% azalıb.   

Yanvar-iyulda Gürcüstan Azərbaycandan 6,4 milyon ABŞ dolları dəyərində 14,4 min ton dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar tədarük edib. İllik müqayisədə bu məhsulun idxal həcmində 24,5% azalma olub.

Hesabat dövründə qonşu ölkə Azərbaycandan 60,6 min ton gips, anhidrit, gipsli bağlayıcıların da idxalını həyata keçirib. Bu həcm ötən ilin eyni göstəricisindən 3,2% azdır. 

Son xəbərlər

Orphus sistemi