Gürcüstan Azərbaycandan sement idxalını 30% artırıb

Gürcüstan Azərbaycandan sement idxalını 30% artırıb Bu ilin yanvar-oktyabr ayları ərzində Gürcüstan Azərbaycandan ümumi dəyəri 19,966, 8 min dollar olan 369 601,7 ton sement idxal edib.
Biznes
28 Noyabr , 2019 17:31
Gürcüstan Azərbaycandan sement idxalını 30% artırıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Gürcüstan Azərbaycandan ümumi dəyəri 19,966, 8 min dollar olan 369 601,7 ton sement idxal edib.

Bu barədə “Report”un Gürcüstan bürosuna ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkənin Azərbaycandan aldığı sementin həcmində 85 737,8 ton və ya 30% artım qeydə alınıb.

Bu ilin on ayı ərzində Gürcüstan Azərbaycandan 13, 644,8 min dollar dəyərində 29 409,7 ton dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar tədarük edib. İllik müqayisədə bu məhsulun həcmi 12 264,7 ton və ya 1,71 dəfə artıb.

Son xəbərlər

Orphus sistemi