Gürcüstanın Azərbaycandan idxalı 11% azalıb

Gürcüstanın Azərbaycandan idxalı 11% azalıb Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan idxal etdiyi məhsulların ümumi dəyəri 381,7 milyon ABŞ dolları təşkil edib.
Biznes
156
19 Noyabr , 2020 11:09
Gürcüstanın Azərbaycandan idxalı 11% azalıb

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan idxal etdiyi məhsulların ümumi dəyəri 381,7 milyon ABŞ dolları təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 10,5% azdır.

10 ay ərzində Azərbaycan Gürcüstanın ümumi idxalında 5,9% payla qonşu ölkənin əsas idxal tərəfdaşları arasında Türkiyə, Rusiya, Çin və ABŞ-dan sonra 5-ci olub.

Son xəbərlər

Orphus sistemi