Gürcüstan Azərbaycandan çay tədarükünü azaldıb

Gürcüstan Azərbaycandan çay tədarükünü azaldıb Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 2,3 milyon ABŞ dolları dəyərində 375,4 ton çay idxal edib.
Biznes
19 İyul , 2021 16:35
Gürcüstan Azərbaycandan çay tədarükünü azaldıb

Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 2,3 milyon ABŞ dolları dəyərində 375,4 ton çay idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

İllik müqayisədə məhsulun həcmində 7,4 ton və yaxud 1,9% azalma qeydə alınıb.

İlin I yarısında Azərbaycan qonşu ölkədən 1 milyon ABŞ dolları dəyərində 148 ton çay tədarük edib ki, bu da ötən ilin eyni göstəricisindən 12,4% çoxdur.

Son xəbərlər

Orphus sistemi