Gürcüstan Azərbaycandan çay idxalını artırıb

Gürcüstan Azərbaycandan çay idxalını artırıb Bu ilin yanvar-mart aylarında Gürcüstan Azərbaycandan ümumi dəyəri 1,109 milyon ABŞ dolları olan 180,6 ton çay idxal edib
Biznes
19 Aprel , 2021 13:39
Gürcüstan Azərbaycandan çay idxalını artırıb

Bu ilin yanvar-mart aylarında Gürcüstan Azərbaycandan ümumi dəyəri 1,109 milyon ABŞ dolları olan 180,6 ton çay idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, məhsulun həcmində illik müqayisədə 9 ton və yaxud 5,2 % artım qeydə alınıb.

Hesabat dövründə Gürcüstandan Azərbaycana 522,2 min ABŞ dolları dəyərində 75,4 ton çay ixrac olunub.

Son xəbərlər

Orphus sistemi