Mikayıl Cabbarov: “Gürcüstan Azərbaycan üçün vacib tərəfdaş ölkələrdən biridir”

Mikayıl Cabbarov: “Gürcüstan Azərbaycan üçün vacib tərəfdaş ölkələrdən biridir” “Azərbaycan həyata keçirdiyi uğurlu siyasət nəticəsində iqtisadi potensialına görə regionda aparıcı ölkədir”.
Biznes
183
10 Fevral , 2020 17:30
Mikayıl Cabbarov: “Gürcüstan Azərbaycan üçün vacib tərəfdaş ölkələrdən biridir”

“Azərbaycan həyata keçirdiyi uğurlu siyasət nəticəsində iqtisadi potensialına görə regionda aparıcı ölkədir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Tbilisidə Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) üzvləri ilə görüşdə deyib.

Onun sözlərinə görə, uzun illərdir Azərbaycanın şirkət və müəssisələri ana bazardan əlavə, bir sıra dövlətlərin iqtisadiyyatlarına sərmayələr yatırır: “Gürcüstan da bu cür ölkələrdən biridir və bu, coğrafi mövqe və tarixi əlaqələrə görə təbiidir. Gürcüstan Azərbaycan üçün vacib tərəfdaş ölkələrdən biridir. Bu ölkədə Azərbaycan şirkətlərinin fəallığı müşahidə olunur. Hər iki ölkənin iştirakçısı olduğu Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri regionun iqtisadi əhəmiyyətini dəyişən layihələrdir”.

Son xəbərlər

Orphus sistemi