Günəş tutulması ABŞ şirkətlərinə 694 mln. dollara başa gələcək

Günəş tutulması ABŞ şirkətlərinə 694 mln. dollara başa gələcək Təxminən 20 dəqiqə davam edəcək nadir təbiət hadisəsi zamanı iş dayanacaq
Biznes
21 Avqust , 2017 15:36
Günəş tutulması ABŞ şirkətlərinə 694 mln. dollara başa gələcək

Bakı. 21 avqust. REPORT.AZ/ Bu gün baş verəcək Günəş tutulması ABŞ şirkətlərini 694 mln. dollara yaxın ziyana salacaq.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, təxminən 20 dəqiqə davam edəcək nadir təbiət hadisəsi zamanı iş dayanacaq, çünki hər kəs bunu izləmək istəyəcək. Həmin vaxt işdə 87 mln. insan olacaq. Amma bu, ölkənin makroiqtisadi göstəricilərinə təsir etməyəcək. Çünki həmin fəaliyyətsiz 20 dəqiqənin əvəzində ödənilən əmək haqqı illik maaşa nisbətdə cüzidir.

Son xəbərlər

Orphus sistemi