Göygöldə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

Göygöldə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb Bu gündən sahibkarlar investisiya layihələrini kredit təşkilatlarına təqdim edə bilərlər
Biznes
22 Sentyabr , 2015 17:33
Göygöldə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Göygöl rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, layihələrdə cins heyvandarlıq və üzümçülük təsərrüfatlarının, meyvə emalı və qablaşdırılması, çörək, pendir və keramika məhsullarının istehsalı müəssisələrinin və arıçılıq təsərrüfatlarının (o cümlədən, balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisəsinin) yaradılması tutulub.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər.

Qeyd edək ki, SKMF sentyabrın 17-də Göygöl rayonunda işgüzar forum keçirib.

Son xəbərlər

Orphus sistemi