Göyçay və Astarada sahibkarlar üçün treninqlər keçirilib

Göyçay və Astarada sahibkarlar üçün treninqlər keçirilib Treninqlər müvafiq rayon icra hakimiyyətlərinin dəstəyi ilə təşkil olunub
Biznes
10 Mart , 2016 19:52
Göyçay və Astarada sahibkarlar üçün treninqlər keçirilib

Bakı. 10 mart. REPORT.AZ/ Martın 10-da İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Astarada, Göyçay və Yevlax nümayəndəliklərinin təşkilatçılığı ilə Göyçayda sahibkarlar və məcburi köçkünlər üçün treninqlər keçirilib.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən bildirir ki, müvafiq rayon icra hakimiyyətlərinin dəstəyi ilə keçirilən və “Sənaye və istehsal sahələrinin idarə edilməsi”, “Korporativ idarəetmə”, “Biznesin əsasları, təşkili və idarə edilməsi”, “Biznes planların və investisiya layihələrinin hazırlanması” mövzularını əhatə edən treninqlərdə sənayedə brendləşmənin xüsusiyyətləri, brend məhsulların bazarlara çıxarılması, sənaye məhsullarının keyfiyyətinin yüksəldilməsi, brendlərin dizaynının təkmilləşdirilməsi və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Bununla yanaşı, tədbirlərdə nazirlik tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat verilib.
Treninqlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanan metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi