"Google" Kaliforniyada 1 milyard dollara ofis binaları kompleksi alıb

"Google" Kaliforniyada 1 milyard dollara ofis binaları kompleksi alıb Bakı. 27 noyabr. REPORT.AZ/ Google korporasiyası Kaliforniya ştatının Mauntin Vyu şəhərində 1 milyard dollarlıq ofis binaları kompleksi alıb.
Biznes
27 Noyabr , 2018 10:20
Google Kaliforniyada 1 milyard dollara ofis binaları kompleksi alıb
0 : 00
0 : 00

Bakı. 27 noyabr. REPORT.AZ/ "Google" korporasiyası Kaliforniya ştatının Mauntin Vyu şəhərində 1 milyard dollarlıq ofis binaları kompleksi alıb.

"Report" xəbər verir ki, bu barədə "San-Francisco Chronicle" qəzeti məlumat yayıb.

Qəzet yazır ki, bu, cari ildə San-Fransisko və ətraf şəhərlərdə daşınmaz əmlak sahəsində ən böyük əməliyyatdır. "Google" şirkətinin nümayəndələri satınalma faktını təsdiqləyiblər.

Nəşrin bildirdiyinə görə, söhbət 12 ofis binasından gedir, məkanın sahəsi, təxminən, 74 min kvadratmetrdir. Bu ofislərdə, təqribən, 5 min işçi yerləşdirilə bilər. Kompleks daha əvvəl "LinkedIn" sosial şəbəkəsinə aid olub.

Qeyd edək ki, daha əvvəl "The Wall Street Journal" "Google" şirkətinin Nyu-Yorkdakı nümayəndəliyini genişləndirməyi planlaşdırdığını yazmışdı.

Son xəbərlər

Orphus sistemi