Gömrüklə bağlı tvinninq layihənin Rəhbər Komitəsinin I iclası keçirilib

Gömrüklə bağlı tvinninq layihənin Rəhbər Komitəsinin I iclası keçirilib Bu gün "Ümumi tranzit proseduru və mallarla ticarətdə sənədləşmənin sadələşdirilməsi konvensiyalarına üzv olma, eləcə də Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulmaya hazırlıq prosesində Dövlət Gömrük Komitəsinə dəstək" adlı tvinninq
Biznes
1788
4 Sentyabr , 2020 17:27
Gömrüklə bağlı tvinninq layihənin Rəhbər Komitəsinin I iclası keçirilib

Bu gün "Ümumi tranzit proseduru və mallarla ticarətdə sənədləşmənin sadələşdirilməsi konvensiyalarına üzv olma, eləcə də Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulmaya hazırlıq prosesində Dövlət Gömrük Komitəsinə dəstək" adlı tvinninq layihəsinin Rəhbər Komitəsinin videokonfrans formatında I iclası keçirilib.

"Report" bu barədə Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.

Məlumata görə, iclasda Komitə Katibliyinin rəisi Anar Süleymanov, İqtisadiyyat Nazirliyinin, Avropa İttifaqı, İtaliya Gömrük və İnhisar Agentliyinin, eləcə də Komitənin aidiyyəti struktur bölmələrinin nümayəndələri iştirak edib.

İclas ilk 6 ay ərzində layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlərə dair iş planının müzakirəsi və təsdiq edilməsi məqsədilə keçirilib.

Veb-konfransda bütün tərəflər çıxış edərək layihə ilə bağlı məqamları ətraflı müzakirə ediblər. Qeyd olunub ki, sentyabrın 7-dən etibarən təsdiq edilən iş planına uyğun olaraq layihə üzrə müvafiq fəaliyyətlərə də başlanılacaq.

Xatırladaq ki, Avropa İttifaqının maliyyə, İtaliya Gömrük və İnhisar Agentliyin ekspert dəstəyi ilə cari ilin iyun tarixindən etibarən həyata keçirilən layihə ölkəmizin Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulması üçün hüquqi, texniki və prosedur imkanlarının uyğunlaşdırılması məqsədilə DGK-ya dəstək verilməsini nəzərdə tutur.

Layihə "Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" ölkə Prezidentinin 13 iyul 2016-cı il tarixli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planının 7.2.1.1 bəndinin (Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiq olunmasının tezləşdirilməsi üçün milli qanunvericiliyin uyğunlaşdırılması, tranzit zəmanət sisteminin yaradılması istiqamətində tədbirlərin görülməsi) icrasının təmin edilməsinə yönəlib.

Son xəbərlər

Orphus sistemi