Gömrük təmsilçisi olmaq istəyən 65 nəfərdən cəmi 1-i uğur qazana bilib

Gömrük təmsilçisi olmaq istəyən 65 nəfərdən cəmi 1-i uğur qazana bilib Bu gün Dövlət Gömrük Komitəsində (DGK) gömrük təmsilçiliyi fəaliyyətilə məşğul olan şirkətlərin gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisləri üçün növbəti, sayca 17-ci imtahan keçirilib.
Biznes
10 Dekabr , 2021 17:52
Gömrük təmsilçisi olmaq istəyən 65 nəfərdən cəmi 1-i uğur qazana bilib

Bu gün Dövlət Gömrük Komitəsində (DGK) gömrük təmsilçiliyi fəaliyyətilə məşğul olan şirkətlərin gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisləri üçün növbəti, sayca 17-ci imtahan keçirilib.

"Report" bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, imtahan prosesində qurumun imtahan komissiyasının üzvləri və aidiyyəti qurumların nümayəndələri də iştirak edib.

DGK-nın Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov çıxış edərək gömrük təmsilçiliyi institutunun formalaşdırılması və təkmilləşdirilməsində əsas məqsədin bu sahədə fəaliyyət göstərən şəxslərin bilik və bacarıqlarının artırılması, fəaliyyətin mövcud qanunvericiliyə, beynəlxalq standartlara uyğunlaşdırılması olduğunu diqqətə çatdırıb. Baş İdarə rəisi Komitənin bu günə qədər keçirdiyi imtahanların səmərəli təşkilindən və effektivliyindən söhbət açaraq, iştirakçılara uğurlar arzulayıb.

İxtisas attestatının əldə edilməsi üçün keçirilən imtahanda gömrük təmsilçiliyi fəaliyyətilə məşğul olan 30 şirkətdən 65 nəfər iştirak edib, onlardan 1 nəfər uğurlu nəticə qazanıb.

Son xəbərlər

Orphus sistemi