Gömrükçülər qızıl məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıb

Gömrükçülər qızıl məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıb Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qızıldan hazırlanan pul sikkələrinin Azərbaycanın gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıb.
Biznes
28 Dekabr , 2019 19:43
Gömrükçülər qızıl məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qızıldan hazırlanan pul sikkələrinin Azərbaycanın gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıb.

“Report” bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı aparatdan keçərkən üzərində gömrüyə bəyan olunası əşyaların olması barədə gömrük əməkdaşında şübhə yaranıb və ona ayaq nahiyəsində olan əşyanı təqdim etməsi təklif edilib.

Bu zaman hər iki ayağında olan corabın içərisindəki 2 ədəd bükümdə ön tərəfində "Elizabeth II Australia 100 dollars" sözləri, arxa tərəfində isə "Australian Kangaroo 2019 1oz 9999 gold" sözləri həkk olunan, gömrük nəzarətindən gizlədilən, 20 ədəd ümumi çəkisi 622,15 qram olan qızıl sikkələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, digər fakt üzrə İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı "Yaşıl Kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən gömrükçülər tərəfindən saxlanılıb və "Qırmızı Kanal"a yönləndirilib. Vətəndaşa məxsus əşyalar rentgen aparatından keçən zaman monitorda şübhəli əşyaların təsviri görünüb. Yoxlama zamanı xanım vətəndaşa məxsus çantanın içərisindən və üzərindən əvvəlcədən gömrük nəzarətinə təqdim etmədiyi, şifahi, elektron və yazılı şəkildə bəyan etmədiyi, ümumi çəkisi 87 qram olan zərgərik məmulatları - 5 cüt sırğa, 5 ədəd qolbağ, 1 ədəd sırğa-üzük-kulonlu boyunbağı, 3 ədəd qızıl boyunbağı, 2 ədəd üzük, 3 ədəd kulon aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi