Gömrük orqanları külli miqdarda heroin aşkar edib

Gömrük orqanları külli miqdarda heroin aşkar edib Dövlət Gömrük Komitəsinin əməkdaşları Astara gömrük postunda 137 kiloqramdan artıq heroin aşkar edib.
Biznes
3 Dekabr , 2021 13:18
Gömrük orqanları külli miqdarda heroin aşkar edib

Dövlət Gömrük Komitəsinin əməkdaşları Astara gömrük postunda 137 kiloqramdan artıq heroin aşkar edib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev öz “Tviter” hesabında paylaşım edib.

“Gömrük orqanlarından növbəti uğurlu əməliyyat... Yüksək peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində ölkəmizin cənub sərhədində-Astara gömrük postunda 137 kiloqramdan artıq narkotik vasitə - heroin aşkar edilib”, - S. Mehdiyev yazıb.

Komitənin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, qurumun Cənub Ərazi Baş Gömrük İdarəsinə İrandan Qazaxıstana “Daf” markalı yük avtomobilində külli miqdarda narkotik vasitələrin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə əməliyyat məlumatı daxil olub. Məlumat əsasında stara gömrük postunda həmin nəqliyyat vasitəsi saxlanılıb.

“Marqarin” yükü aparan avtomobilin sürücüsü şifahi sorğu sual zamanı idarə etdiyi yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və gömrük nəzarətinə bəyan ediləsi hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük nəzarəti zamanı kinoloji xidmət iti avtomobilin kabininə reaksiya verdiyindən nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilib və kabinin tavanında şübhəli cizgilər müşahidə olunub. Nəqliyyat vasitəsində əsaslı yoxlama aparan gömrük əməkdaşları kabinin içərisindəki üzlüyün altında yerləşdirilərək gömrük nəzarətindən gizlədilən 171 ədəd düzbucaqlı formalı bağlamalar aşkar edib. Baxış zamanı bağlamalarda ümumi çəkisi 137 kq 339 qram narkotik vasitə-heroin olduğu müəyyən edilib.

İlkin sorğu-sual zamanı sürücü həmin narkotik vasitənin əvvəlcədən razılaşma yolu ilə İran İslam Respublikasında nəqliyyat vasitəsinə yüklənildiyini və müəyyən pul vəsaiti müqabilində Qazaxıstan Respublikasına aparmalı olduğunu bildirib.

Aşkar edilən narkotik vasitə-heroinin Avropanın qara bazarında dəyəri təqribən 16 milyon manatdan artıqdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi