Gömrük külli miqdarda siqaretin ölkəyə keçirilməsinin qarşısını alıb

Gömrük külli miqdarda siqaretin ölkəyə keçirilməsinin qarşısını alıb Bununla bağlı "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "DAF" markalı yük avtomobil saxlanılıb
Biznes
255
11 Avqust , 2020 12:38
Gömrük külli miqdarda siqaretin ölkəyə keçirilməsinin qarşısını alıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "DAF" markalı yük avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.

“Report” bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Bundan sonra avtomobilə baxış keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda olan yorğanın içərisində və ayaqaltı örtüyünün altında cəmi 8 800 ədəd "Marlboro" markalı siqaret aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi