GM və “Toshiba”nın ardınca “Johnson & Johnson”da biznesini böləcək

GM və “Toshiba”nın ardınca “Johnson & Johnson”da biznesini böləcək Dünya əczaçılıq nəhəngi “Johnson Johnson” iki şirkətə bölünməyi planlaşdırır.
Biznes
12 Noyabr , 2021 17:01
GM və “Toshiba”nın ardınca “Johnson & Johnson”da biznesini böləcək

Dünya əczaçılıq nəhəngi “Johnson & Johnson” iki şirkətə bölünməyi planlaşdırır.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, şirkətlərdən biri “Band-Aid” yapışqanları, “Tylenol” dərmanları, Johnson’s Baby Powder” uşaq pudrası kimi istehlak malları üzrə, digəri isə resept əsasında satılan dərmanlar və tibbi texnikalar üzrə ixtisaslaşacaq. Bölünmə prosesinin 18-24 ay ərzində yekunlaşacağı nəzərdə tutulub.

Xatırladaq ki, bu həftə ərzində “General Motors” və “Toshiba” da bir neçə şirkətə bölünəcəklərini deyib.

Son xəbərlər

Orphus sistemi