"Glovo" şirkətinin bazar dəyəri 1 milyard dolları keçərək "unicorn"a çevrilib

"Glovo" şirkətinin bazar dəyəri 1 milyard dolları keçərək "unicorn"a çevrilib Dünyanın ən sürətli böyüyən çatdırılma tətbiqlərindən biri İspaniyanın Glovo şirkəti 167 milyon dollarlıq investisiya çəlb etdiyini açıqlayıb.
Biznes
20 Dekabr , 2019 18:25
Glovo şirkətinin bazar dəyəri 1 milyard dolları keçərək unicorna çevrilib

Dünyanın ən sürətli böyüyən çatdırılma tətbiqlərindən biri İspaniyanın "Glovo" şirkəti 167 milyon dollarlıq investisiya çəlb etdiyini açıqlayıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, şirkətə "Drake Enterprises", "Idinvest" və "Lakestar" kimi əvvəlki investorlarla yanaşı, dünyanın aparıcı milli aktiv fondlarından biri BƏƏ-nin "Mubadala Kapital"a investisiya yatırıb.

Məlumata görə, beynəlxalq birjalardakı "E Seriyası" investisiya turunun bağlanması ilə "Glovo" şirkətinin dəyəri 1 mlrd. dolları keçərək "unicorn" adını alan İspaniyanın 2-ci şirkəti olub.

Qeyd edək ki, "Glovo" mobil tətbiqi istifadəçilərinə ərzaqdan market alış-verişinə, fərdi qulluqdan suvenirlərə qədər geniş çeşiddə məhsul sifariş etməyə imkan verir. Əsasən, Avropa, Latın Amerikası və Afrikada güclü bazar mövqeyi olan şirkət fəaliyyət göstərdiyi 26 ölkənin 24-də əsas 2 çatdırılma tətbiqindən biridir. 

Xatırladaq ki, dünyada 428 ədəd unicorn şirkəti var. Onların məcmu dəyəri 1,317 trilyon ABŞ dollarından çoxdur.

Son xəbərlər

Orphus sistemi