"Gilan Holdinq" 6 000 ailəyə yardım edib

"Gilan Holdinq" 6 000 ailəyə yardım edib Korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq hər zaman sosial məsələlərə həssas münasibəti ilə seçilən “Gilan Holdinq” Prezident İlham Əliyevin Biz birlikdə güclüyük! çağırışına qoşulub.
Biznes
4 May , 2020 10:22
Gilan Holdinq 6 000 ailəyə yardım edib

Korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq hər zaman sosial məsələlərə həssas münasibəti ilə seçilən “Gilan Holdinq” Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına qoşulub.

Belə ki, holdinqin əməkdaşları koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar yaşı 65-dən yuxarı tənha şəxslərə, aztəminatlı ailələrə, o cümlədən şəhid ailələrinə baş çəkib, onlara ərzaq məhsullarından ibarət yardımlar çatdırıblar.

Holdinq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin siyahıları əsasında ölkənin Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Astara, Biləsuvar, Balakən, Cəbrayıl, Xocavənd və Bakının Xəzər, Nizami, Pirallahı, Sabunçu, Səbail, Suraxanı və Yasamal rayonu ərazisində yaşayan ümumilikdə 6 000 ailəyə yardım edib.

Yardım çərçivəsində “Gilan Holdinq”in əməkdaşları vətəndaşların xüsusi karantin rejiminin qaydalarına riayət etmələrinin vacibliyini də bildiriblər.

Son xəbərlər

Orphus sistemi