“Gilan Holding” Silahlı Qüvvələrə Yardım Fonduna 1 000 000 manat köçürdü

“Gilan Holding” Silahlı Qüvvələrə Yardım Fonduna 1 000 000 manat köçürdü Ölkənin ən iri holdinqlərindən biri olan “Gilan Holding” cəbhədə mübarizə aparan ordumuza dəstək məqsədi ilə Silahlı Qüvvələrə Yardım Fonduna 1 000 000 manat ianə edib.
Biznes
6 Oktyabr , 2020 13:49
“Gilan Holding” Silahlı Qüvvələrə Yardım Fonduna 1 000 000 manat köçürdü

Ölkənin ən iri holdinqlərindən biri olan “Gilan Holding” cəbhədə mübarizə aparan ordumuza dəstək məqsədi ilə Silahlı Qüvvələrə Yardım Fonduna 1 000 000 manat ianə edib.

“Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün qorunması və işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə əldə olunan inamlı qələbələr son günlər dünya ictimaiyyətində və KİV-lərində ən əsas müzakirə mövzusuna çevrilmişdir. Ordumuzda xidmət edən Mübarizlərin qəhrəmanlığı və şücayəti, xalqımızın birliyi və tarixi qələbələrimizin sədası bütün dünyaya yayılmaqdadır. Şanlı Azərbaycan Ordusu ilə qürur duyuruq! Bu münasibətlə xalqımızı təbrik edir, tarixi missiyamızda iştirak edən  hər bir kəsə uğurlar diləyirik!” - deyə “Gilan Holding”dən bildirilib.

Məlumat üçün bildiririk ki, “Gilan Holding” Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin ordu sıralarına cəlb etdiyi əməkdaşlarına əmək haqlarını 2 qat ödəyir. Bu həmin əməkdaşların xidmət etdikləri dövr ərzində davam edəcək.

Silahlı Qüvvələrə Yardım Fondu ölkə prezidentinin 17 avqust 2002-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi