Gəncədə sərgi-satış yarmarkası keçirilib

Gəncədə sərgi-satış yarmarkası keçirilib Gəncə şəhərində "Gəncəsənət" - İncəsənət, Sənətkarlıq və Yaradıcılıq Sərgi-Satış Yarmarkası keçirilib.
Biznes
21 sentyabr 2021 11:38
Gəncədə sərgi-satış yarmarkası keçirilib

Gəncə şəhərində "Gəncəsənət" - İncəsənət, Sənətkarlıq və Yaradıcılıq Sərgi-Satış Yarmarkası keçirilib.

"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, sərgi nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Turizm İnformasiya Mərkəzi/Gəncə Destinasiya Menecmenti Təşkilatı və Gəncə İctimai İştirakçılıq Məclisinin təşkilatçılığı ilə baş tutub.

Gəncə Filarmoniya Bağı və Urban Mərkəzində təşkil olunmuş yarmarkada regionda fəaliyyət göstərən sənətkarların və yaradıcı şəxslərin əl işləri nümayiş olunub.

Sərgidə KOBİA-nın təmsil olunduğu xüsusi stenddə Agentliyin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdiyi dəstək və xidmətlər barədə məlumat verilib, Gəncə və Şəmkir KOB dostları sahibkarlıq fəaliyyətinə maraq göstərən yaradıcı şəxslərə bu barədə məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

Sərgi-satış yarmarkasının keçirilməsində məqsəd sənətkarlıq məhsullarının satışına və bu sahədə alıcıq qabiliyyətinin artırılmasına dəstək olmaq, regionun sənətkarlıq nümunələrinin tanıdılması, qədim sənət ənənələrinin dirçəldilməsi və şəhərin mədəni həyatının canlandırılması, eləcə də yaradıcılıqla məşğul olan insanlar ilə sənətkarlar arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyətinə təşviq edilməsi olub.

Son xəbərlər

Orphus sistemi