Gəncə Memorial Kompleksinin konsepsiyasının hazırlanmasına və layihələndirilməsinə 734 min manat xərclənəcək

Gəncə Memorial Kompleksinin konsepsiyasının hazırlanmasına və layihələndirilməsinə 734 min manat xərclənəcək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Prezident İlham Əliyevin bu ilin yanvar ayında təməlini qoyduğu Gəncə Memorial Kompleksinin konsepsiyasının hazırlanması (1) və layihələndirilməsi (2) ilə bağlı elan etdiyi 2
Biznes
19 May , 2022 15:52
Gəncə Memorial Kompleksinin konsepsiyasının hazırlanmasına və layihələndirilməsinə 734 min manat xərclənəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Prezident İlham Əliyevin bu ilin yanvar ayında təməlini qoyduğu Gəncə Memorial Kompleksinin konsepsiyasının hazırlanması (1) və layihələndirilməsi (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq “Chapman Taylor LLP” şirkəti və Komitənin  "Azərmemarlayihə" - Dövlət Baş Layihə İnstitutudur. 

Qaliblərə müvafiq olaraq 440 min manat və 294 min manat, ümumilikdə 734 min manat ödəniləcək. 

Son xəbərlər

Orphus sistemi