Gələn həftə ABŞ-dan Azərbaycana böyük ticarət missiyası gələcək

Gələn həftə ABŞ-dan Azərbaycana böyük ticarət missiyası gələcək Missiyanın tərkibinə 27 iştirakçıdan ibarət olmaqla 14 ABŞ şirkəti daxildir
Biznes
14 Oktyabr , 2017 13:37
Gələn həftə ABŞ-dan Azərbaycana böyük ticarət missiyası gələcək

Bakı. 14 oktyabr.REPORT.AZ/ Oktyabrın 16-18-də ABŞ-dan Azərbaycana böyük ticarət missiyası gələcək. 

"Report"un məlumatına görə, missiyanın tərkibinə 27 iştirakçıdan ibarət olmaqla 14 ABŞ şirkəti daxildir. 

Missiyaya ABŞ-Azərbaycan Ticarət Palatası və ABŞ-ın Kommersiya Departamenti rəhbərlik edəcək. Heyəti ABŞ-ın Türkiyə və Azərbaycan üzrə ticarət missiyalarının müşaviri Uilyam Czajkovski və Xarici Özəl İnvestisiya Korporasiyasının icraçı direktoru Kenes Engıl də müşayiət edəcək. 

Səfər zamanı hər iki ölkənin biznesmenləri və iş adamları ilə hökumət nümayəndələri arasında görüşlər keçirəcək, İqtisadiyyat Nazirliyi və AzPromo ilə dəyirmi masa təşkil olunacaq.

Qeyd edək ki, bu, indiyədək ABŞ-dan Azərbaycana gələcək ən böyük ticarət missiyasıdır.

Son xəbərlər

Orphus sistemi