Gələn ay Bakıda HR sammiti keçiriləcək

Gələn ay Bakıda HR sammiti keçiriləcək Noyabrın 15-də Bakıda HR Summit Baku 2019 tədbiri baş tutacaq.
Biznes
24 Oktyabr , 2019 21:35
Gələn ay Bakıda HR sammiti keçiriləcək

Noyabrın 15-də Bakıda "HR Summit Baku 2019" tədbiri baş tutacaq.

"Report" xəbər verir ki, tədbir "HR BAKU" MMC və Azərbaycan İnsan Resursları Assosiasiyasının (AİRA) birgə təşkilatçılığı ilə reallaşacaq.

Məlumata görə, tədbirdə 8 ölkədən 9 təqdimatçı çıxış edəcək.

Bu il 5-ci dəfə keçirilən tədbirin əsas mövzusu “İnsan resursları idarəçiliyi: sosial məsuliyyət kimi”dir.

Artıq qeydiyyatı başlayan tədbirin qeydiyyatı və spikerləri haqqında məlumatı www.hrsummit.az saytından tapmaq olar.

Son xəbərlər

Orphus sistemi