Fuad Nəcəfli: "Naxçıvanda sahibkarlara verilən kreditlərin məbləği 2,2 dəfə artıb"

Fuad Nəcəfli: "Naxçıvanda sahibkarlara verilən kreditlərin məbləği 2,2 dəfə artıb" Bu ilin yanvar-aprel aylarında Naxçıvan MR-da sahibkarlara 40 369,3 min manat kredit verilib.
Biznes
30 May , 2023 15:36
Fuad Nəcəfli: Naxçıvanda sahibkarlara verilən kreditlərin məbləği 2,2 dəfə artıb
Fuad Nəcəfli

Bu ilin yanvar-aprel aylarında Naxçıvan MR-da sahibkarlara 40 369,3 min manat kredit verilib.

"Report" xəbər verir ki, bunu Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Səlahiyyətli nümayəndə digər iqtisadi göstəricilərini də açıqlayıb və qeyd edib ki, son 1 ildə muxtar respublikada orta aylıq əməkhaqqı da 10 % civarında artaraq 586 manatda 645 manata çatıb.

İl ərzində Naxçıvanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri isə 0,6 % artaraq 61 944,5 min manatdan 62 316,2 min manata yüksəlib.

Hesabat dövründə muxtar respublikadakı banklarda əhalinin əmanətlərinin məbləği isə 40,9% artaraq 11 551,8 min manatdan 16 276 min manata çatıb.

Son xəbərlər

Orphus sistemi