Fransada elektromobil batareyaları müəssisələri tikiləcək

Fransada elektromobil batareyaları müəssisələri tikiləcək “Renault Group” şirkəti elektromobil batareyalarının hazırlanaraq istehsal olunmasına dair iki tərəfdaşlıq sazişi imzalayıb.
Biznes
204
29 İyun , 2021 17:40
Fransada elektromobil batareyaları müəssisələri tikiləcək

“Renault Group” şirkəti elektromobil batareyalarının hazırlanaraq istehsal olunmasına dair iki tərəfdaşlıq sazişi imzalayıb.

“Report” CNBC-yə istinadən xəbər verir ki, şirkətin açıqlamasında Çinin “Envision AESC” şirkətilə birgə Fransanın Nord departamentindəki Duai şəhərində bu cür müəssisə tikiləcəyi bildirilir. Belə ki, həmin müəssisənin istehsal gücü 2024-cü ilədək 9 gVt/saat, 2030-cu ilədək də 24 gVt/saat təşkil etməlidir.

Bununla yanaşı, “Renault” Fransanın “Verkor” şirkətinin 20 faizlik pay əldə etməsilə bağı anlaşma memorandumu imzaladıqlarını da bildirib. “Verkor”un açıqlamasında 2023-cü ildə tikintisi başlanacaq müəssisənin istehsal gücünün ilkin olaraq 16 gVt/saat, 2030-cu ilədək isə 50 gVt/saat həcmində olacağı bildirilir ki, “Renault”un payı müvafiq olaraq 10 və 20 gVt/saat olacaq.

“Renault Group” həmçinin yeni batareyalar hazırlayacaq elmi tədqiqat mərkəzinin yaradılması planlarını da həyata keçirmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi