Fransa şirkətinin vitse-prezidenti: "Hazırda Azərbaycana 50 lokomotiv ixrac edirik"

Fransa şirkətinin vitse-prezidenti: "Hazırda Azərbaycana 50 lokomotiv ixrac edirik" Bunlardan 10-u sərnişin, 40-ı isə yük qatarları üçündür
Biznes
6 İyul , 2018 08:06
Fransa şirkətinin vitse-prezidenti: Hazırda Azərbaycana 50 lokomotiv ixrac edirik

Bakı. 6 iyul. REPORT.AZ/ Fransanın iri maşınqayırma şirkəti olan "Alstom" hazırda Azərbaycana 50 lokomotiv ixrac edir.

“Report” xəbər verir ki, bunu şirkətin Yaxın Şərq və Afrika regionu üzrə vitse-prezidenti Didye Pfleqer "kapital.kz" saytına müsahibəsində deyib.

"Bu gün biz Azərbaycana 50 lokomotiv ixrac edirik. Bunlardan 10-u sərnişin, 40-ı isə yük qatarları üçündür. Market standartlarına əsasən, bu, orta müqavilədir. Başa düşüləndir ki, biz bu istiqaməti yenicə inkişaf etdiririk və gələcəkdə daha böyük müqavilələr bağlayacağımızı düşünürəm. Hazırda biz bu istiqamətdə işləyirik, yaxın bir-iki ildə regionda tender prosedurlarına qatılacağıq", - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi