“Fitch”: Şirkətlər arasında defolt halları xeyli artıb

“Fitch”: Şirkətlər arasında defolt halları xeyli artıb Koronavirus pandemiyası üzündən bu ilin yanvar – may aylarında şirkətlər arasında qeydə alınmış defolt halları ötən ilin göstəricisindən artıq olub.
Biznes
253
21 İyul , 2020 17:16
“Fitch”: Şirkətlər arasında defolt halları xeyli artıb

Koronavirus pandemiyası üzündən bu ilin yanvar – may aylarında şirkətlər arasında qeydə alınmış defolt halları ötən ilin göstəricisindən artıq olub.

“Report” “Fitch” beynəlxalq reytinq agentliyinin məlumatına istinadən xəbər verir ki, ötən il agentliyin reytinqinə malik 25 qeyri-maliyyə şirkəti defolt elanı vermişdisə, cari ilin 5 ayı ərzində bu rəqəm 28 olub ki, bunların 15-i Şimali Amerikanı təmsil edir. Ən böyük ziyan təyyarə daşımaları, neft və qaz hasilatı kimi sahələrə dəyib.

Cari ildə “Fitch” reytinqinə malik şirkətlərin mənfəəti 5 trilyon ABŞ dollarından artıq azalıb ki, bu da ötən ilki həcmin 20 faizini təşkil edir. Belə getsə, 2020-ci il ərzində şirkətlər arasında qeydə alınan defolt hallarının hətta 2008-ci ilin maliyə böhranından sonra 2009-cu ilin rekord göstəricisini ötə biləcəyi qeyd olunur.

Hazırda pandemiyanın daha geniş vüsət aldığı Cənubi Amerikada defoltların artacağı güman edilir.

Son xəbərlər

Orphus sistemi