“Fiat Chrysler” və “Peugeot” səhmdarları bir şirkətdə birləşməyi təsdiqləyib

“Fiat Chrysler” və “Peugeot” səhmdarları bir şirkətdə birləşməyi təsdiqləyib Birləşmə nəticəsində yaranacaq “Stellantis” şirkəti “Volkswagen”, “Renault-Nissan” və “Toyota Motor”dan sonra dünyanın dördüncü ən böyük avtomobil istehsalçısı olacaq
Biznes
381
5 Yanvar , 2021 17:47
“Fiat Chrysler” və “Peugeot” səhmdarları bir şirkətdə birləşməyi təsdiqləyib

İtalyan-Amerikan şirkəti “Fiat Chrysler Automobiles NV” (FCA) və Fransanın “PSA Group” şirkətinin səhmdarları birləşməni təsdiqləyiblər.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

“MarketWatch”un məlumatına görə, PSA səhmdarlarının 99,85 %-i birləşməni təsdiqləyib. Razılaşmanın mart ayının sonuna qədər bağlanacağı gözlənilir.

Birləşmə nəticəsində yaranacaq “Stellantis” şirkəti “Volkswagen”, “Renault-Nissan” və “Toyota Motor”dan sonra dünyanın dördüncü ən böyük avtomobil istehsalçısı olacaq. O, “Jeep”, “Fiat”, “Dodge”, “Maserati”, “Peugeot”, “Citroen” və “Opel” avtomobil brendlərinin istehsalı ilə məşğul olacaq.

Birləşdirilmiş şirkətə PSA-nın baş icraçı direktoru Karlos Tavares rəhbərlik edəcək.

Son xəbərlər

Orphus sistemi