Fevralda Vergilər Nazirliyinə korrupsiya ilə əlaqədar 10-a yaxın müraciət daxil olub

Fevralda Vergilər Nazirliyinə korrupsiya ilə əlaqədar 10-a yaxın müraciət daxil olub Bütün müraciətlərə vaxtında baxılıb, onların 69%-i müsbət həll olunub
Biznes
14 Mart , 2017 13:33
Fevralda Vergilər Nazirliyinə korrupsiya ilə əlaqədar 10-a yaxın müraciət daxil olub

Bakı. 14 mart. REPORT.AZ/ Bu ilin fevral ayı ərzində Azərbaycanda vergi orqanlarına 9 031 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,3% azdır. Bu barədə “Report”a Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Məlumata görə, müraciətlərin 41,8%-i müxtəlif arayışların alınması, 23,2%-i kameral vergi yoxlamaları, 13,7%-i vergi borcları, 3,4%-i vergi qanunvericiliyinin tətbiqi, 2,8%-i vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti, 1,4%-i səyyar vergi yoxlamaları, 0,7%-i qəbul, 0,4%-i işlə təmin olunma, 0,3%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,1%-i operativ vergi nəzarəti tədbirləri, 0,1%-i korrupsiya hüquqpozmaları, qalanları isə digər məsələlərlə bağlı olub.

Bütün müraciətlərə vaxtında baxılıb, onların 69,2%-i müsbət həll olunub.

Hesabat dövründə vergi orqanlarında ümumilikdə 388 vətəndaş qəbul edilərək, onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu qrafikinə əsasən, fevralın 24-də vergilər naziri tərəfindən Gədəbəy rayonunda Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan 30 vətəndaş qəbul edilib.

Son xəbərlər

Orphus sistemi