Fərid Məmmədov: "Rebuild Karabakh-2021" sərgisində təqdimatlar keçiriləcək"

Fərid Məmmədov: "Rebuild Karabakh-2021" sərgisində təqdimatlar keçiriləcək" “44 günlük müharibə başa çatandan sonra Azərbaycan hökumətinə Qarabağla bağlı sərgi keçirmək istəyimiz barədə müraciət etdik”.
Biznes
19 Oktyabr , 2021 11:32
Fərid Məmmədov: Rebuild Karabakh-2021 sərgisində təqdimatlar keçiriləcək

“44 günlük müharibə başa çatandan sonra Azərbaycan hökumətinə Qarabağla bağlı sərgi keçirmək istəyimiz barədə müraciət etdik”.

“Report” xəbər verir ki, bunu sabahdan başlayaraq oktyabrın 22-nə qədər Bakıda keçiriləcək 1-ci Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisinin ("Rebuild Karabakh-2021") təşkilatçısı - "Caspian Event Organisers" şirkətinin baş direktoru Fərid Məmmədov bildirib.

“Bu sərgi zəfərimizin birinci ildönümünə həsr ediləcək. Sərgidə Qarabağın energetika, infrastruktur, kənd təsərrüfatı potensialı təqdim ediləcək. Bir sıra dövlət qurumları təqdimatla çıxış edəcək”, - deyə o, qeyd edib.

Bundan başqa, F.Məmmədov bildirib ki, sərgiyə daxil olmaq üçün vaksin və yaxud immunitet sertifikatları tələb olunacaq.

Son xəbərlər

Orphus sistemi