“Ərzaq məhsullarının tədarükü və təchizatı” ofis mebeli axtarır

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ofis mebeli axtarır Bu məqsədlə cəmiyyət tender keçirir
Biznes
192
29 Mart , 2017 17:26
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ofis mebeli axtarır

Bakı. 29 mart. REPORT.AZ/ “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC açıq tender elan edib. "Report"un dövrü mətbuata istinadən verdiyi xəbərə görə, tender bir lot - mərkəzi aparata ofis mebellərinin satın alınması üzrə keçirilir.

İddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 26 aprel saat 16:00-a qədər, tender təklifi və bank təminatını isə 10 may saat 16:00-a qədər Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu,57 ünvanına təqdim etməlidir.

İddiaçıların təklifləri 11 may saat 17:00-da qeyd olunan ünvanda açılacaq. Tədbirdə iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Son xəbərlər

Orphus sistemi