“Ərzaq məhsullarının tədarükü və təchizatı” ofis mebelleri almaq istəyir

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ofis mebelleri almaq istəyir Bu məqsədlə cəmiyyət açıq tender elan edib
Biznes
11 Aprel , 2017 17:07
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ofis mebelleri almaq istəyir

Bakı. 11 aprel. REPORT.AZ/ “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC açıq tender elan edib. "Report"un dövrü mətbuata istinadən verdiyi xəbərə görə, tender bir lot - mərkəzi aparata ofis mebellərinin alınması üzrə keçirilir.

Tenderdə iştirak haqqı 300 manatdır. İddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 26 aprel saat 16:00-a qədər, tender təklifi və bank təminatını isə 10 may saat 16:00-a qədər Bakı, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu,57 ünvanına təqdim etməlidirlər. İddiaçıların təklifləri 11 may saat 17:00-da həmin ünvanda açılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri prosesdə iştirak edə bilərlər.

Son xəbərlər

Orphus sistemi