“Ernst & Young” Rusiyadakı fəaliyyətini dayandırır

“Ernst & Young” Rusiyadakı fəaliyyətini dayandırır Dünyanın ən böyük audit şirkətlərindən biri olan “Ernst Young” (EY) Rusiyada fəaliyyətini dayandırdığını açıqlayıb.
Biznes
7 Mart , 2022 17:06
“Ernst & Young” Rusiyadakı fəaliyyətini dayandırır

Dünyanın ən böyük audit şirkətlərindən biri olan “Ernst & Young” (EY) Rusiyada fəaliyyətini dayandırdığını açıqlayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

“EY indi Rusiya hökumətinin heç bir müştərisinə, dövlət müəssisəsinə, dünyada sanksiyaya məruz qalmış şirkət və şəxslərə xidmət göstərməyəcək”, - şirkətin açıqlamasında deyilir.

EY həmçinin Rusiya bölməsini qlobal şəbəkəsindən ayırmaq üçün restrukturizasiyaya başladığını açıqlayıb. Qeyd olunur ki, Rusiyada şirkətdə 4,7 mindən çox işçi çalışır.

Son xəbərlər

Orphus sistemi