Ənzəli Azad Ticarət və Sənaye Zonasından ixrac həcmləri açıqlandı

Ənzəli Azad Ticarət və Sənaye Zonasından ixrac həcmləri açıqlandı Kimya məhsulları, ağac, sənaye avadanlığı və kənd təsərrüfatı məhsulları əsas yer tutub
Biznes
14 May , 2021 14:10
Ənzəli Azad Ticarət və Sənaye Zonasından ixrac həcmləri açıqlandı

Ötən İran təqvim ilində (il martın 20-də bitib) Ənzəli Azad Ticarət və Sənaye Zonasından ixrac və təkrar ixracın dəyəri 188,7 milyon ABŞ dolları təşkil edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu "Ənzəli Azad Ticarət və Sənaye Zona" Təşkilatının idarəedici direktoru Əli Osat Akbari deyib.

Onun sözlərinə görə, ötən il zonadan 168,9 milyon ABŞ dolları dəyərində məhsul təkrar ixrac edilib ki, bu məhsullar arasında kimya məhsulları, ağac, sənaye avadanlığı və kənd təsərrüfatı məhsulları əsas yer tutub.

“Ötən il Azad Zonada 209 milyon ABŞ dolları dəyərində əmtəə istehsal edilib və daxili bazarlara ixrac edilib. Bu Ənzəli Azad Zona istehsalçılarının tətbiq edilən sanksiayalara baxmayaraq daxili istehlakçıların ehtiyaclarını təmin etmək və yerli mallara olan tələbi qarşılamaqda qərarlı olduğunu göstərir.

Azad Zonada istehsal olunan və bu ilin əvvəlindən bəri ixrac olunan məhsulların dəyəri 19,8 milyon ABŞ dolları təşkil edib, selüloz, kimya məhsullar, eləcə də sənaye avadanlıqları əsas ixrac məhsulu olub”, - deyə o bildirib.

Qeyd edək ki, İranın şimalında Gilan Əyalətində yerləşən Ənzəli Azad Ticarət və Sənaye Zonası, Xəzər dənizinin cənub hissəsində, 9,4 min hektar ərazisi və 40 kilometr sahili ilə yeganə azad zonadır.

Xatırladaq ki, Şimal-Cənub Beynəlxalq Dəhlizi üzərində yerləşən Xəzəryanı dövlətlərlə əlaqəli xüsusi bir mövqeyə sahib olan, Rusiyanın Həştərxan və Laqan, Qazaxıstanın Aktau və Azərbaycanın Bakı limanlarına yaxınlığı, MDB ölkələrinin istehlak bazarlarına əlverişli marşrutlarla giriş və Rəşt Beynəlxalq Hava Limanına yaxınlığı Ənzəli Azad Zonasının bəzi üstünlüklərindəndir.

İranda azad ticarət zonalarının yaradılması, hökumətin qeyri-neft ixracatını təşviq etmək məqsədi ilə neft gəlirlərinin əvvəlki illərlə müqayisədə azaldığı İranın 1 368 təqvim ilinə (Mart 1989 - Mart 1990) təsadüf edir.

İranın ilk 2 azad ticarət zonası ölkənin cənubunda quruldu. Birincisi, 1368-ci ildə Fars körfəzindəki Kiş adasında yaradılan Kiş Azad Ticarət Zonası, ikincisi isə Hörmüz Boğazındakı Qeşm Adasında bir il sonra qurulan Qeşm AzadTicarət Zonası idi.

Bundan başqa, növbəti illərdə İranda daha beş azad ticarət zonası (Sistan-Bəluçistan əyalətinin cənub-şərqində Çabahar, cənub-qərbində Xuzistan əyalətində Ərvənd, şimalda Gilan əyalətində Ənzəli, Şərqi-Azərbaycan əyalətində Aras və Qərbi-Azərbaycanda Maku) yaradılıb.

Son xəbərlər

Orphus sistemi