Əmtəəsiz və riskli əməliyyatlar aparan vergi ödəyicilərinə nəzarət gücləndirilib

Əmtəəsiz və riskli əməliyyatlar aparan vergi ödəyicilərinə nəzarət gücləndirilib “Report”
Biznes
12 May , 2022 10:13
Əmtəəsiz və riskli əməliyyatlar aparan vergi ödəyicilərinə nəzarət gücləndirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətin (DVX) əmtəəsiz və riskli əməliyyatlar aparan vergi ödəyicilərinin fəaliyyətinə nəzarəti gücləndirib.

“Report” xəbər verir ki, bunu qurumun rəisi Orxan Nəzərli məlumat verib.

O, bu barədə Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzv şirkətlər üçün keçirdiyi növbəti görüşdə, “Azərbaycan iqtisadiyyatı üçün yeni çağırışlar: davamlı inkişafa xidmət edən vergi islahatları” mövzusunda çıxışı zamanı danışıb.

O.Nəzərli son illər vergi sistemində aparılan islahatlar, “kölgə iqtisadiyyatı”nın minimallaşdırılması istiqamətində həyata keçirilən siyasət, haqsız rəqabətin qarşısının alınması, əmtəəsiz və riskli əməliyyatlar aparan vergi ödəyicilərinin fəaliyyətinə nəzarətin gücləndirilməsi, leqal fəaliyyətin stimullaşdırılması mexanizmlərinin tətbiqi ilə bağlı görülən işlər barədə məlumat verib, Palata üzvlərini ortamüddətli dövr üçün vergi sisteminin inkişaf strategiyası, həyata keçirilməsi nəzərdə tutulan vergi siyasətinin əsas istiqamətləri, Dövlət Vergi Xidmətinin rəqəmsal platformasının təkmilləşdirilməsi, vergi ödəyiciləri üçün nəzərdə tutulan yeni elektron xidmətlər və rəqəmsal layihələr barədə məlumatlandırıb.

Rəhbərlik etdiyi qurumun sağlam dialoqun qurulması, qərarların qəbulunda ictimai iştirakçılığın təmin edilməsində maraqlı olduğunu vurğulayan O.Nəzərli Alman-Azərbaycan Xarici Ticarət Palatası ilə əməkdaşlığın dövlət, sahibkar və ictimaiyyət arasında dialoqa töhfə verəcəyinə əmin olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi