Əmlak Məsələləri Dövlət Xidməti 7 ayda büdcəyə 46 milyon manat vəsait köçürüb

Əmlak Məsələləri Dövlət Xidməti 7 ayda büdcəyə 46 milyon manat vəsait köçürüb Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə 46,3 milyon manat vəsait köçürüb.
Biznes
19 Avqust , 2022 12:09
Əmlak Məsələləri Dövlət Xidməti 7 ayda büdcəyə 46 milyon manat vəsait köçürüb

Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə 46,3 milyon manat vəsait köçürüb.

“Report” bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, 7 aylıq ödənişin 32,4 milyon manatı özəlləşdirmə, 13,9 milyon manatı isə icarə hesabına təmin edilib.

Hesabat dövründə Dövlət Xidməti 40 özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 13 səhmdar cəmiyyətinin səhm paketi, 10 kiçik dövlət müəssisəsi, 2 yarımçıq tikili, 327 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 223 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 62 onlayn qoşulma reallaşıb.

Ötən 7 ayda 2 252 yeni icarə müqaviləsi bağlanılıb. İcarə müqavilələrindən 498-i qeyri-yaşayış, 1754-si isə torpaq sahələrinə aid olub.

Son xəbərlər

Orphus sistemi