Əmlak Məsələləri Dövlət Komitəsinin növbəti hərracı baş tutub

Əmlak Məsələləri Dövlət Komitəsinin növbəti hərracı baş tutub Hərracda 2 kiçik dövlət müəssisə və obyekti, 3 istifadəsiz qeyri-yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi özəlləşdirilib
Biznes
14 Mart , 2017 11:42
Əmlak Məsələləri Dövlət Komitəsinin növbəti hərracı baş tutub

Bakı. 14 mart. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu gün növbəti hərrac keçirib.

Komitədən "Report"a verilən xəbərə görə, hərracda 2 kiçik dövlət müəssisə və obyekti, 3 istifadəsiz qeyri-yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi özəlləşdirilib.

Özəlləşdirilən kiçik dövlət müəssisələri və istifadəsiz qeyri yaşayış sahəsi paytaxtda və respublikanın digər regionlarında yerləşir. Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Gədəbəy şəhərində yerləşən xəstəxana binasının yarımçıq tikilisi olub. Belə ki, bu əmlak 70 min manata özəlləşdirilib. Hərracda özəlləşdirilən 3 istifadəsiz qeyri-yaşayış obyektinin 1-i paytaxtın Nərimanov rayonunda, 2-si isə müvafiq olaraq regionlarda Gəncə şəhəri və Mingəçevir şəhərində yerləşir.

Burada özəlləşdirilən 5 nəqliyyat vasitəsi müxtəlif dövlət qurumlarının balansında olan lakin xidməti istifadədən çıxarılan nəqliyyat vasitələridir. Hər bir nəqliyyat vasitəsinin fotosu və müvafiq məlumatlar hərrac günündən 1 ay əvvəldən komitənin özəlləşdirmə portalında əks olunur. Hərracda satılan kiçik müəssisələr və istifadəsiz qeyri-yaşayış sahələri kiçik və orta həcmli sahibkarlıq fəaliyyəti üçün əlverişlidir. 

Qeyd edək ki, ƏMDK-nın növbəti hərrac martın 28-də baş tutacaq. Hərraca çıxarılan 144 əmlakdan 40-ı səhmdar cəmiyyəti, 77-i kiçik dövlət müəssisə və obyekti və 27-si nəqliyyat vasitəsidir (http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1440).

Son xəbərlər

Orphus sistemi