Əmlak Məsələləri Dövlət Komitəsi növbəti hərrac keçirib

Əmlak Məsələləri Dövlət Komitəsi növbəti hərrac keçirib Hərracda 3 kiçik dövlət müəssisəsi, 11 qeyri-yaşayış sahəsi özəlləşdirilib
Biznes
12 Sentyabr , 2017 13:10
Əmlak Məsələləri Dövlət Komitəsi növbəti hərrac keçirib

Bakı. 12 sentyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi bu gün dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirib. Komitədən "Report"a daxil olan məlumata görə, budəfəki hərracda 3 kiçik dövlət müəssisəsi, 11 qeyri-yaşayış sahəsi özəlləşdirilib.

Qeyd edək ki, Bakı şəhəri üzrə 1 kiçik dövlət müəssisəsi və 11 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 2 kiçik dövlət müəssisəsi sahibini tapıb. Paytaxt üzrə özəlləşən kiçik dövlət müəssisəsi Sabunçu rayonunda yerləşən 70/1 saylı mağazadır. Adı çəkilən obyektin torpaq sahəsi 186 kv.m, ümumi faydalı sahəsi isə 154 kv.m təşkil edir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektləri Suraxanı, Nəsimi, Binəqədi, Nərimanov və digər rayonlarda yerləşir. Özəlləşdirilən qeyri-yaşayış obyektlərinin sahələri 13 kv.m ilə 134 kv.m arasında dəyişir.

Regionlarda da hərraclar keçirilib. Hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Bölgələr üzrə özəlləşdirilən hər iki kiçik dövlət müəssisəsi Lerikdə yerləşir. Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Sabunçu rayonunda yerləşən 70/1 saylı mağaza olub. Lerik xalça sexinin torpaq sahəsi 4 min 500 kv.m-dən çox, ümumi faydalı sahəsi isə 1 500 kv.m-ə yaxındır.

Daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Bakının Qaradağ rayonunda yerləşən sahəsi 14,2 kv.m-ə yaxın olan qeyri yaşayış obyektidir.

Xatırladaq ki, Komitə tərəfindən növbəti belə hərrac 19 sentyabr keçiriləcək. Həmin hərracda 166 dövlət əmlakı özəlləşdirilməyə çıxarılacaq. Bunlardan 63-ü kiçik dövlət müəssisə və obyekti, 83-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 20-i isə səhmdar cəmiyyətidir.

Son xəbərlər

Orphus sistemi