Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında memorandum imzalanıb

Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında memorandum imzalanıb Sənəd Bakıda "Özəlləşdirmə sahəsinə investisiyalar: yeni imkanlar və çağırışlar" mövzusunda keçirilən forum çərçivəsində imzalanıb
Biznes
15 Fevral , 2017 12:06
Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında memorandum imzalanıb

Bakı. 15 fevral. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən Bakıda "Özəlləşdirmə sahəsinə investisiyalar: yeni imkanlar və çağırışlar" mövzusunda keçirilən işgüzar forumda əməkdaşlıq haqqında memorandum imzalanıb.

“Report”un xəbərinə görə, əməkdaşlıq memorandumu ƏMDK ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında imzalanıb.

Qeyd edək ki, tədbirdə ƏMDK-nın sədri Kərəm Həsənov, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, həmçinin ölkənin ən iri və nüfuzlu holdinq, assosiasiya, şirkətlər qrupu və ittifaqlarını təmsil edən 100-dən artıq sahibkarlıq subyekti, məsləhətçilər, iş adamları, daşınmaz əmlak mütəxəssisləri iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi