Emin Axundov: “Ötən ilin 4 ayında 1000 avtomobil istehsal olunub”

Emin Axundov: “Ötən ilin 4 ayında 1000 avtomobil istehsal olunub” Bakı. 22 yanvar. REPORT.AZ/ “Biz ötən il 1000 avtomobil istehsal edəcəyimizlə bağlı öhdəlik götürmüşdük. Bu məqsədə də nail olduq”.
Biznes
22 Yanvar , 2019 17:37

Bakı. 22 yanvar. REPORT.AZ/ “Biz ötən il 1000 avtomobil istehsal edəcəyimizlə bağlı öhdəlik götürmüşdük. Bu məqsədə də nail olduq”.

Bunu “Report”a açıqlamasında “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.

E.Axundov qeyd edib ki, bu il şirkət istehsal gücünü 3 dəfə artıracaq: “Əslində ötən il avtomobilləri 4 aya istehsal etmişik. Çünki ondan qabaq bizdə təlimlər, istehsal prosesində audit yoxlamalar keçirilirdi. Son 4 ayda isə 1000 avtomobil istehsalını həyata keçirdik. Bu il üçün isə 3000 avtomobil istehsal etməyi düşünürük”.

Şirkət rəhbərinin sözlərinə görə, bu il istehsal ediləcək avtomobillər üçün dövlət sifarişinin olacağı gözlənilir: “Ötən il istehsal edilən 1000 avtomobilin 95%-i satılıb. Satışın 40%-i dövlət qurumlarının payına düşüb. Bu il üçün sifarişlərin olmasını gözləyirik. Amma rəqəmlər göstərir ki, vətəndaşların da avtomobillərimizə böyük marağı var”.

Son xəbərlər

Orphus sistemi