ƏMDK yeni hədəflərini açıqlayıb

ƏMDK yeni hədəflərini açıqlayıb
Biznes
32
8 May , 2018 16:26
ƏMDK yeni hədəflərini açıqlayıb
Report
0 : 00
0 : 00

Bakı. 8 may. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yeni hədəflərini açıqlayıb.

Komitədən "Report"a verilən məlumata görə, söhbət əmlakın qeydiyyatında vətəndaşın xidmət məkanında deyil, xidmətin vətəndaşın yanında olmasından, özəlləşdirmənin tam elektronlaşmasından və şəffaflıqdan, dövlət əmlakının idarə edilməsində beynəlxalq standartlara əsaslanan korporativ idarəetmə prinsiplərinin tətbiqindən, torpaqların elektron kadastr uçotunun yaradılmasından və sistemli idarə edilməsindən, torpaqlardan səmərəli istifadə edilməsində peyk nəzarət sisteminin tətbiqindən, bütün xidmətlərin vahid metaməlumat sisteminə inteqrasiyasının təmin edilməsindən, müasir kadr potensialı ilə çevik idarəetmədən gedir.