Əhaliyə fasiləsiz xidmət göstərən “eManat” KİV mənsublarına rəsmi müraciət ünvanlayıb

Əhaliyə fasiləsiz xidmət göstərən “eManat” KİV mənsublarına rəsmi müraciət ünvanlayıb Əhaliyə fasiləsiz xidmət göstərən “eManat” KİV mənsublarına rəsmi müraciət ünvanlayıb:
Biznes
27 Aprel , 2022 16:45
Əhaliyə fasiləsiz xidmət göstərən “eManat” KİV mənsublarına rəsmi müraciət ünvanlayıb

Əhaliyə fasiləsiz xidmət göstərən “eManat” KİV mənsublarına rəsmi müraciət ünvanlayıb:

Dəyərli KİV nümayəndələri,

Məlumat üçün nəzərinizə çatdırmaq istəyirik ki, son zamanlar bir sıra KİV mənsubları “eManat” brendilə bağlı xəbərləri dəqiqləşdirmədən, müvafiq şərhlər almadan əsassız və ya natamam məlumatlar dərc edir. Şirkətimiz əhaliyə 24 saat xidmət göstərir və hər zaman olduğu kimi media qurumları və ictimaiyyətlə də daim sıx əlaqədə olur. Şirkətə daxil olan mürəciətlər, şikayətlər zaman itkisi olmadan yerindəcə cavablandırılır və həllində operativ əməliyyatlar aparılır.

Media ilə dostluq münasibətlərimizi nəzərə alaraq, bir daha xahiş edirik ki, şirkətin rəsmi təmsilçiləri tərəfindən şərh almadan materiallar dərc etməyəsiniz. Əks halda, bildirilməmiş xəbərlərin dərc olunması brendin müştərilərinə yanlış məlumatın verilməsi ilə nəticələnə bilər. Hazırki siyasətin əsas məqsədi KİV-də brend haqqında məlumatların düzgün və tam əhatəli şəkildə müştərilərə çatdırılmasıdır.

Düşünürük ki, qarşı tərəf də oxuculara məlumat verən zaman brendin rəsmi mövqeyini qeydə almaqda maraqlıdır.

Bir daha bildiririk ki, eManat brendi AR Mülki Qanunvericiliyinə əsasən vurulmuş zərərin ödənilməsi tələbi ilə müvafiq dövlət qurumlarına/orqanlarına müraciət etmək hüququna malikdir.

Hörmətli KİV mənsubları, sizi məlumat mübadiləsi üzrə daha sıx və korporativ əməkdaşlığa dəvət edirik!

Şirkətin KİV ilə əlaqələr üzrə rəsmi təmsilçiləri barədə məlumatlar aşağıda qeyd olunmuşdur:

Ayşən Həsənova

İctimai əlaqələr və marketinq üzrə aparıcı mütəxəssis

0555058047

[email protected]

Murad Cəfərli

Hüquqşünas

0555159521

[email protected]

Son xəbərlər

Orphus sistemi