Elşad Nuriyev: "Aqroparkların reyestrinin yaradılması işləri yekunlaşdırılıb"

Elşad Nuriyev: "Aqroparkların reyestrinin yaradılması işləri yekunlaşdırılıb" "Bundan sonra mütərəqqi texnolofiyalar tətbiq edən aqrokomplekslər aqropark statusunu alabiləcəklər
Biznes
1 Fevral , 2023 12:31
Elşad Nuriyev: Aqroparkların reyestrinin yaradılması işləri yekunlaşdırılıb
Elşad Nuriyev

Azərbaycanda aqroparkların reyestrinin yaradılması istiqamətində işlər artıq yekunlaşdırılıb.

"Report" xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev qurumun 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

"Bundan sonra mütərəqqi texnologiyalar tətbiq edən aqrokomplekslər aqropark statusunu ala biləcəklər. Bunun müsbət tərəfi o olacaq ki, effektiv fəaliyyət göstərən aqroparklar dövlət tərəfindən müvafiq infrastruktur dəstəyinin güzəştli kreditlər almaq imkanını əldə edəcəklər. Yəni, fəaliyyəti davamlı və effektiv olan aqrokomplekslərə dəstək göstəriləcək, bu cür olmayanlar isə aqropark statusu ala bilməyəcəklər", - E.Nuriyev əlavə edib.

Son xəbərlər

Orphus sistemi