Elqar Bağırov "Caspian Energy USA"nın baş icraçı direktoru təyin olunub

Elqar Bağırov "Caspian Energy USA"nın baş icraçı direktoru təyin olunub Bakı. 7 sentyabr. REPORT.AZ/ Elqar Bağırov Caspian Energy USAnın baş icraçı direktoru vəzifəsinə təyin edilib.
Biznes
2210
7 Sentyabr , 2018 13:05
Elqar Bağırov Caspian Energy USAnın baş icraçı direktoru təyin olunub

Bakı. 7 sentyabr. REPORT.AZ/ Elqar Bağırov "Caspian Energy USA"nın baş icraçı direktoru vəzifəsinə təyin edilib.

"Report" xəbər verir ki, bu barədə "Caspian European Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Onun sözlərinə görə, "Caspian Energy USA Caspian American Club", "Caspian European Club", "Caspian Asia Club" və "Caspian Energy İnternational Media Group"un ABŞ ərazisində maraqlarını təmsil edəcək və layihələrini idarə edəcək.

T.Əliyev qeyd edib ki, Elqar Bağırov fəal şəkildə "Caspian European Club"un işində iştirak edir, həmçinin "Caspian European Club"un tərkibinə daxil olan SME (SMALL & MEDIUM ENTREPRISES) COMMITTEE-yə uğurla rəhbərlik edir.

Elqar Bağırov 1986-cı il oktyabrın 2-də Bakı şəhərində anadan olub. ABŞ-da orta məktəbi bitirərək Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının inzibati idarəetmə fakültəsinə daxil olub. 2004-cü ildə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında peşəkar fəaliyyətə başlayıb. 2007-ci ildə "Times Consulting" şirkətinin əsasını qoyub. 2015-ci ildən "BT Project" şirkətinin həmtəsisçisi, Gate 25 brendinin sahibidir. 2017-ci ildən "Caspian European Club"un idarə heyətinin üzvüdür, klubun Kiçik və Orta Biznes üzrə Komitəsinə rəhbərlik edir.

Elqar Bağırov klubun yuxarı rəhbərliyinə minnətdarlığını bildirərək, ona göstərilən yüksək etimadı doğrulmaq üçün əlindən gələni edəcəyini və Azərbaycanın özəl sektoru ilə ABŞ arasında ticari-iqtisadi əlaqələrin inkişafına kömək göstərəcəyini, həmçinin Amerika şirkətlərinin Xəzər-Qara dəniz regionuna, Xəzər-Qara dəniz regionu şirkətlərinin isə ABŞ-a cəlb olunmasına yardım edəcəyini deyib. 

Son xəbərlər

Orphus sistemi